“Azərbaycanın Norveçə qalib gəlməsi bizə xəbərdarlıqdı” – Yoahim Löv

“Azərbaycanın Norveçə qalib gəlməsi bizə xəbərdarlıqdı” – Yoahim Löv
17-03-2017 / 15:11 FUTBOL
3775

“Dünya çempionatına vəsiqəni bacardığımız qədər tez təmin etməliyik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.

 

Ölkəsinin mətbuatına açıqlama verən təcrübəli çalışdırıcı martın 22-də İngiltərə ilə yoldaşlıq, martın 26-da isə Azərbaycanla keçirəcəkləri seçmə mərhələ oyunu haqda danışıb.

 

Löv millimizlə qarşılaşmada yalnız qələbə barədə fikirləşdiklərini qeyd edib: “Düz yoldayıq. Düşünmürük ki, Bakıdakı oyunda bizə çox asan olacaq. Azərbaycan öz meydanında Norveçə qalib gəlib. Bu, bizə xəbərdarlıqdı. Amma öz oyunçularıma inamım böyükdü. 90 dəqiqə ərzində düzgün qərarlar qəbul edə bilirlər. Meydana çıxırıqsa, əlimizdən gələni edib, sona qədər mübarizə aparırıq”.

 

Löv yığmaya çağırdığı Timo Verner və Antonio Rüdiger haqda da danışıb: “Verner gənc və maraqlı oyunçudu. Stabil çıxış edir. Cari mövsümdə yüksək səviyyədə oyun sərgiləyir. Onun milliyə qoşulmasını səbirsizliklə gözləyirəm. Antonio Rüdigerin də inkişafı məni çox sevindirir. Əla fiziki göstəricisi var”.

 

Bundestimin çalışdırıcısı İngiltərə ilə matçda milli ilə vidalaşacaq Lukas Podolskini də yad edib: “Podolski İngiltərə ilə oyunda iştirak edəcək. Düşünürəm ki, onun vida matçında əla atmosfer olacaq”.