“Azərbaycanla oyun əla şansdı” – Bundestimin debütantı

“Azərbaycanla oyun əla şansdı” – Bundestimin debütantı
17-03-2017 / 16:32 FUTBOL
256

“Hər bir alman futbolçu indi mənim yerimdə olmaq istəyər. Çünki əsas millinin formasını geyinmək peşəkar oyunçunun ən böyük arzusudu”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya yığmasının hücumçusu Timo Verner deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Bundestimə ilk dəfə dəvət edilən “Veyptsiq”in gənc forvardı bunu özü üçün əla şans hesab edir: “Gənclər yığmamızın heyətində 48 oyunda iştirak etmişəm. Fikrimcə, əsas milliyə keçid almağın vaxtı idi. Üstəlik, bəzi oyunçularla çoxdan tanışam. Serj Qnabri və Coşua Kimmixlə birlikdə çıxış etmişəm, gənclər millisindən bəri tanıdığım Yulian Brandt ən yaxın dostlarımdan biridi. Manuel Noyer, Toni Kroos, Məsut Özil və Tomas Müller kimi oyunçularla birlikdə məşq etmək çox maraqlı olacaq. Milliyə uyğunlaşmaq, atmosferi hiss etmək baxımından Azərbaycanla oyun mənim üçün əla şansdı”.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.