Kompani İtaliya yolunda

Kompani İtaliya yolunda
17-03-2017 / 17:20 FUTBOL
199

“Mançester Siti”nin müdafiəçisi Vensan Kompani karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Napoli”nin maraq dairəsinə düşüb.

 

“Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola ilə münasibətləri yolunda olmayan belçikalı mövsümün sonunda böyük ehtimalla, komandasını dəyişəcək. Gələn il keçiriləcək dünya çempionatında iştirak etmək istəyən ulduz futbolku müntəzəm çıxış edəcəyi kluba keçmək niyyətindədi. Bu mənada, “Napoli”dən gələn təklif onu düşünməyə vadar edib.

 

Yay fasiləsində tərəflərin konkret danışıq aparacaqları gözlənilir.

 

Qeyd edək ki, Kompani 2008-ci ildən “Mançester Siti”nin formasını geyinir.