Ev sahibi, yoxsa qonaq?

Ev sahibi, yoxsa qonaq?
18-03-2017 / 10:33 FUTBOL
198

Premyer Liqanın XXIII turunda “Sumqayıt” ilə qarşılaşacaq “Kəpəz” Gəncəyə dünən yollanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qarşıdakı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” qonaq komanda kimi, matç öncəsi son məşqinə qarşılaşmaya ev sahibliyi edəcək şəhər stadionunda çıxıb.

 

Komandanın məşqi təxminən 50 dəqiqə davam edib. Mətbuat və azarkeşlər üçün açıq olan hazırlıq prosesi yüngül xarakter daşıyıb. Futbolçular daha çox toplu çalışmalar üzərində işləyiblər. “Sumqayıt” ilə oyun öncəsi “Kəpəz”in heyətində iki itki var. Bunlar cəzalı olan Nicat Qurbanov və zədəli Əli Nuridi.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Sumqayıt” oyunu saat 16:00-da başlayacaq.