2 illik sindrom və qarşılıqlı qollar vədi

2 illik sindrom və qarşılıqlı qollar vədi
18-03-2017 / 13:28 FUTBOL
138

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində bu gün baş tutacaq "Neftçi" - "İnter" görüşü qarşılıqlı qollar vəd edir. Apasport.az saytının məlumatına görə, son vaxtlar bu komandaların duellərində azarkeşlər hər iki komandanın ifasında qol izləyiblər.

 

"Neftçi"nin 80 illik yubiley gününə təsadüf edəcək tərəflərin 51-ci dueli öncəsi bu komanda rəqibindən üstündü. Komandaların öz aralarında keçirdikləri matçlara nəzər yetirsək, son 4 paytaxt derbisində hər iki klubun fərqləndiyini görərik. Bu qarşılaşmalarda minimum 3 qol qeydə alınıb.

 

"Neftçi" öz meydanında "İnter"ə sonuncu dəfə 2015-ci ilin mart ayında məğlub olub - 0:1. Həmin vaxtdan bəri sabiq "bankirlər" 3 səfər görüşünün yalnız 1-də bərabərliklə kifayətləniblər.

 

Qeyd edək ki, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "İnter" oyunu saat 19:37-də başlayacaq.