1 qolluq fərq

1 qolluq fərq
18-03-2017 / 16:00 FUTBOL
98

AZAL-la "Qəbələ" Azərbaycan çempionatları tarixində 30-cu dəfə üz-üzə gələcəklər. Apasport.az saytının məlumatına görə, sabahkı qarşılaşma öncəsi komandaların duellərində bərabərlik hökm sürür.

 

Belə ki, geridə qalan 29 matçın 10-da AZAL qələbəyə sevinibsə, "Qəbələ" də eyni sayda qalibiyyət əldə edib. Yeganə fərq bakılıların bu oyunlarda rəqibdən 1 top çox vurmalarıdı - 34:33.

 

Paytaxtda keçiriləcək görüşün favoriti şübhəsiz ki, "Qəbələ"di. Tərəflərin son 4 qarşılaşmasında qələbə üzü görməyən "təyyarəçilər" bunun 3-də məğlubiyyətə üzülüblər. Həmin oyunlarda Tərlan Əhmədovun yetirmələri hətta qol üzü də görməyiblər.

 

Son 4 il ərzində "AZAL Arena"da keçirilən 7 oyunun cəmi 1-də qonaqlar meydanı məğlub tərk ediblər. Bu isə ötən ilin mart ayına təsadüf edir. Digər 4 oyunda aktivinə 3 xal yazdıran "qırmızı-qaralar" 2 dəfə də rəqibə 1 xal hədiyyə edib.

 

Qeyd edək ki, sabah baş tutacaq AZAL - "Qəbələ" görüşü 15:30-da start götürəcək.