Renat Dadaşov “Ayntraxt”ı xilas etdi

Renat Dadaşov “Ayntraxt”ı xilas etdi
18-03-2017 / 16:18 FUTBOL
1274

Almaniya Cənub Gənclər Bundesliqasında XXII tura start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış matçında milli komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt U-19” meydana çıxıb.

 

Frankfurt təmsilçisi liderlər qrupunda qərarlaşan “Hoffenhaym”ı qonaq edib. 30-cu dəqiqədə qonaqlar hesabı açsalar da, “Ayntraxt U-19” məğlubiyyətdən qaça bilib. Komandaya 1 xalı qazandıran qola isə ötən turda het-trik edən Renat Dadaşov imza atıb. Onun 76-cı dəqiqədə zərbəsi qarşısında rəqib qapıçı aciz qalıb – 1:1.

 

Qeyd edək ki, “Ayntraxt U-19” hazırda aktivindəki 29 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.