Məsut Özil Bakıya gəlməyəcək?

Məsut Özil Bakıya gəlməyəcək?
18-03-2017 / 17:15 FUTBOL
2388

Almaniya yığması ciddi itki ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Məsut Özil sıradan çıxıb.

 

Ulduz futbolçu “Arsenal”ın son məşqlərinin birində zədə alıb. Bunu mətbuata açıqlamasında “topçular”ın baş məşqçisi Arsen Venger bildirib. Məhz bu səbəbdən Özilin DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla keçiriləcək qarşılaşmanı buraxmaq ehtimalı yüksək dəyərləndirilir. Tibbi müayinədən sonra onun Bakıya gəlib-gəlməyəcəyi müəyyənləşəcək.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya qarşılaşması martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.