Abasovlu “Sumqayıt”dan antirekord

Abasovlu “Sumqayıt”dan antirekord
18-03-2017 / 18:23 FUTBOL
170

“Sumqayıt” Azərbaycan Premyer Liqasında ardıcıl 4-cü məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi XXIII turun “Kəpəz”lə səfər oyununda 0:1 hesabı ilə uduzanadək də 3 məğlubiyyəti sıralamışdı.

 

“Zirə”dən 1, “Qarabağ”dan 4, “İnter”dən 1 cavabsız qol buraxan Samir Abasovun yetirmələri quru hesablı yenilgiləri Gəncədə 4-ə çatdırıb. Bu, sumqayıtlıların cari mövsümdəki ən uğursuz seriyasıdı.

 

Ümumiyyətlə, “Sumqayıt” indiki baş məşqçisi ilə belə seriya yaşamamışdı. Məşqçilik karyerasında ilk dəfə ardıcıl 4 məğlubiyyət görən Abasov ötən mövsümün 19-21-ci turlarında 3 matç xalsızlığa şahidlik etmişdi. İndi isə həmin antirekord yeniləndi.