“Kəpəz”dən ilk

“Kəpəz”dən ilk
18-03-2017 / 18:52 FUTBOL
158

“Kəpəz” mövsümdə ilk dəfə ardıcıl 2 qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn qərblilər 2016/17 mövsümündəki ilkini rəsmiləşdirib.

 

Ötən tur “Zirə”ni eyni hesabla yenən Şahin Diniyevin yetirmələri bununla da sindromu qırıb. Əvvəlki qələbələrdən sonrakı görüşdə “Kəpəz” xal itirirdi.

 

Qərblilərin iki və daha çox qələbə qazandığı son seriya ötən mövsüm gerçəkləşib. Komanda 31-33-cü turlarda ardıcıl 3 matçda xal itirməyib.