“Neftçi”nin müdafiəçisi sıradan çıxdı

18-03-2017 / 21:20
FUTBOL
403
403
“Neftçi”nin futbolçusu Məqsəd İsayev sıradan çıxıb. Apasport.az saytı xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində baş verib.
“İnter”lə qarşılaşmanın ikinci hissəsində İsayev zədələnib. Nəticədə sağ cinah müdafiəçisi oyunu davam etdirə bilməyib. Məşqçilər korpusu 83-cü dəqiqədə Məqsədin əvəzinə Mahir Şükürovu meydana buraxıblar.
Qeyd edək ki, hazırda son dəqiqələri oynanılan qarşılaşmada “Neftçi” 2:1 hesabı ilə öndədi.