Superliqada məşqçi istefası

Superliqada məşqçi istefası
19-03-2017 / 14:13 FUTBOL
181

Türkiyə Super Liqasında növbəti məşqçi istefası baş verib. Apasport.az saytının məlumatına görə, “Akhisar Bələdiyəspor”un baş məşqçisi Tolunay Kafkas tutduğu postdan ayrılıb.

 

Kafkas Super Liqanın 25-ci turunda "Adanaspor"a 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib. O, rəhbərliklə görüşərək, qarşılıqlı razılaşma əsasında klubdan gedib.

Qeyd edək ki, 25 turdan sonra hesabında olan 27 xal olan Akhisar təmsilçisi turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.