“Qarabağ”ın futbolçusu da milliyə çağrıldı

“Qarabağ”ın futbolçusu da milliyə çağrıldı
19-03-2017 / 16:48 FUTBOL
439

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə toplanışa daha bir futbolçu dəvət edib.

 

Belə ki, “Qarabağ”ın müdafiəçisi Elgün Uluxanov da yığmaya qoşulacaq.

 

Qeyd edək ki, gənclər millimiz martın 20-dən 25-dək Bakıda təlim-məşq toplanışında olacaq.

 

(affa.az)