“Çempion biz olacağıq” – Daniel Subotiç

“Çempion biz olacağıq” – Daniel Subotiç
19-03-2017 / 20:02 FUTBOL
7277

Azərbaycan Premyer Liqasının XXIII turunda “Qəbələ” AZAL-la 1:1 bərabərliyə razılaşdı. Görüş başa çatdıqdan sonra “qırmızı-qaralar”ın hücumçusu Daniel Subotiç apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında nə deyə bilərsiz?

- Bu gün bəxt bizim tərəfimizdə deyildi. İlk hissədəki imkanlardan yararlanmaq lazım idi. Ancaq biz fürsəti boşa verdik. Yekunda isə son dəqiqə qolu ilə məğlub olduq. Neyləmək olar, önümüzdəki oyunlara baxacağıq.

 

- Öz oyununuzdan razı qaldınızmı?

- Xeyr. İlk hissədə qol vurmalı idim. Hücumçu kimi işimin öhdəsindən gələ bilmədim.

 

- Baş məşqçi oyundan sonra irad bildirdimi?

- Heç nə demədi. Sadəcə özümüzə gəlib, qabağa baxmalıyıq.

 

- Bu xal itkisi ilə çempionluqdan uzaq düşdüyünüzü demək olarmı?

- Son turlarda hadisələr istədiyimiz kimi alınmır. Bu da normaldı. Futbolda belə şeylər olur. Yaxşı oynasaq da, nəticə gəlmir.

 

- Bəs niyə belə alınır? Nədir bunun səbəbi?

- Hansısa bir səbəb göstərə bilmirəm. Fiziki və psixoliji olaraq hər şey qaydasındadı. Komandada atmosfer də qaydasındadı. “Neftçi”yə də, AZAL-a da qalib gəlməli idik.

 

- Çempionluq əldə edilməsə, necə olacaq?

- Bu barədə düşünmürük belə. Ancaq bizim məqsədimiz var və sona qədər mübarizə aparacağıq. Qarşıda hələ oyunlar var. İnanırıq ki, çempion biz olacağıq.