Yeni çempion - FOTO

Yeni çempion - FOTO
12-05-2017 / 14:06 STOLÜSTÜ OYUNLAR
3755

Ümummilli lider Heydər Əliyevin anadan olması münasibəti ilə keçirilən şahmat turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat İdman Məktəbinin təşkilatçılığı ilə baş tutan yarışın qalibi adını Amin Musayev qazanıb.

 

A qrupunda mübarizə aparan şahmatçı 9 turdan 7 xal toplayıb. O, bununla II dərəcə normativini də yerinə yetirib. Yusif Mustafazadə Musayevdən 0,5 xal geri qalaraq II yeri tutub. 5,5 xal toplayan Lalə Hüseynova isə ilk “üçlüy”ü qapayıb.

 

Qeyd edək ki, yarışda 16 şahmatçı mübarizə aparıb.