Budaq Nəsirov elə bir hərəkət etdi ki... - VİDEO

Budaq Nəsirov elə bir hərəkət etdi ki... - VİDEO
15-05-2017 / 22:29 FUTBOL
1970

Portuqaliya Sequndasının 41-ci turunda “Sportinq” B “Akademika”nı qəbul edib. Apasport.az saytının məlumatına görə, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Matça isə gənclər millimizin üzvü Budaq Nəsirovun hərəkəti damğa vurub. Belə ki, görüşün ikinci hissəsində meydan sahibləri 1:0 öndə ikən “Akademika” hücmlarının birində top qapının yanından çölə istiqamətlənib, ancaq həmin vaxt orda isinmə hərəkətləri edən Budaq topa toxunub.

 

Hakim isə “dəri kürə”nin meydanı tam tərk etmədiyini və oyunda olmayan bir futbolçunun toxunuşunu əsas gətirərək “Sportinq”in qapısına penalti təyin edib.

 

Ələ düşən şansı boşa verməyən, daha sonra bir dəfə də fərqlənən qonaq komanda 2:1 hesablı qələbə qazanıb. 75-ci dəqiqədə meydana çıxan Nəsirov isə səhvini bağışlatdıracaq heç nə ilə yadda qalmayıb.