Millimiz Türkiyəni yenib, İslamiadanın qalibi oldu

Millimiz Türkiyəni yenib, İslamiadanın qalibi oldu
18-05-2017 / 21:22 İSLAMİADA
8012

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirə ev sahibliyi edən “Bakı Kristal Zal”da əvvəlcə bürünc medallar uğrunda matç, ardınca isə final qarşılaşması baş tutub.

 

Gözlənildiyi kimi yarışın əsas favoritlərindən hesab olunan milli komandamız çempionluğu hansısa komandaya güzəştə getməyib. Faiq Qarayevin yetirmələri bütün matçlarını qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Ardıcıl 4 qələbə ilə finala vəsiqə qazanan voleybolçularımız həlledici görüşdə Türkiyə ilə qarşılaşıblar. Komandamız qrupda olduğu kimi həlledici hissədə də rəqibinə şans verməyib. Yığmamız 3:1 hesabı ilə qalib gəlməklə, İslamiadanı birinci pillədə başa vurub.

 

Bürünc medallar uğrunda matçda isə Qırğızıstan Tacikistandan güclü olub.

 

İslam Həmrəyliyi Oyunları

Voleybol, qadınlar

Final

Azərbaycan – Türkiyə - 3:1 (25:12, 23:25, 25:20, 25:21)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Koçyığıt, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 10. Yana Kulan, 11. Katerina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibiova.

 

Bürünc medal uğrunda oyun

Tacikistan – Qırğızıstan - 0:3 (10:25, 12:25, 16:25)

“Bakı Kristal Zal”

“Bakı Kristal Zal”