Şərikli çempionluq

Şərikli çempionluq
18-05-2017 / 11:32 FUTBOL
529

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında eyni növdə iki qızıl medal verilib. Apasport.az saytının məlumatına görə, nadir hallarda təsadüf olunan bu hadisə atletikada yaşanıb.

 

Qadınların şüvüllə tullanma yarışında qalibi müəyyənləşdirmək olmayıb. Belə ki, bu növdə çıxış edən 4 idmançıdan ikisi eyni nəticə göstərib.

 

Türkiyəlilər Busə Arıkazan və Demet Parlak eyni nəticə göstəriblər. Onların hər ikisi 4,15 m tullanmağı bacarıb. Hər iki atlet bu hündürlüyü ilk cəhddən  ram etdiyindən türkiyəlilər arasında heç biri üstünlük qazanmayıb. Nəticədə hər iki idmançıya qızıl medal verilib.

 

Tunisli Sirin Balti isə 4,00 m nəticə ilə bürünc mükafat əldə edib. Dörd iştirakçı arasında sonuncu yeri tutan təmsilçimiz Yelena Qladkova 3,70 m nəticə göstərib.