İslamiada: 18 medalçıya mükafat

İslamiada: 18 medalçıya mükafat
18-05-2017 / 13:18 İSLAMİADA
663

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ənənəvi “Zəfər günləri” keçirilib. Apasport.az saytının məlumatına görə, dünən medal qazanan idmançılar mükafatlandırılıblar.

 

Tədbirdə Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti Xəzər İsayev, baş katibi Ağacan Abıyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, olimpiya çempionları Fərid Mansurov, Zemfira Meftahəddinova və millət vəkili Hadı Rəcəbli iştirak ediblər.

 

Rəsmilər qızıl medalçılar - 10 metrdən pnevmatik tapançadan atəş açmaqda qarışıq komanda (Ruslan Lunyov, Nigar Nəsirova), Samir Nəbiyev (paraatletika, diskatma), Elmir Cəbrayilov (paraatletika, 100 m), Patimat Abakarova (taekvondo, 49 kq), Ayxan Tağızadə (taekvondo, 68 kq), Orxan Nuriyev (yunan-Roma güləşi, 98 kq), Nazim Babayev (atletika, üçtəkanla tullanma), Milad Beiqi Harçeqani (taekvondo, 80 kq) və Radik İsayev (taekvondo, +87 kq), gümüş mükafatçılar - dairəvi stenddəki qarışıq komanda (Emin Cəfərov, Nurlana Cəfərova), Rahib Məmmədov (atletika, sədləri dəf etməklə 110 m ), Rafiq Hüseynov (yunan-Roma güləşi, 80 kq), Aleksis Kapello (atletika, üçtəkanla tullanma) və Fəridə Əzizova (taekvondo, 67 kq), “bürünc” sahibləri - üzgüçülük yığması (kompleks üsulla 4x100 m; Yuliya Stisyuk, Fatimə Əlkərimova, İlahə Rciyeva və Alsu Bayramova), Murad Məmmədov (yunan-Roma güləşi, 59 kq), Rəsul Çunayev (yunan-Roma güləşi, 71 kq) və Oloxan Musayevi (paraatletika, diskatma) mükafatlandırıblar.

 

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, yığmamız dünən aktivinə 18 medal (9 “qızıl”, 5 “gümüş”, 4 “bürünc”) yazdırıb.