İslamiada: Əlcəzairli futbolçudan tərbiyəsizlik

İslamiada: Əlcəzairli futbolçudan tərbiyəsizlik
18-05-2017 / 14:39 İSLAMİADA
1874

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən Əlcəzair yığmasının futbolçusu Fərid Əl-Melali xoşagəlməz hərəkətlə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, o, Azərbaycanla yarımfinal qarşılaşmasından sonra feyr-pley qaydalarını pozub.

 

Millimizlə görüşdə məğlubiyyət Əl-Melalini özündən çıxarıb. Belə ki, o, matçdan sonra paltardəyişmə otağının qapısını sındırıb. 20 yaşlı futbolçu eyni zamanda yığmamızın üzvü ilə dəyişdiyi formanı da yerə atıb.

 

Qeyd edək ki, Ruslan Abışov və Məqsəd İsayevin qolları sayəsində 2:0 hesablı qələbə qazanan Azərbaycan millisi finala vəsiqə əldə edib.