Yığmamız rekorda şərik oldu

Yığmamız rekorda şərik oldu
18-05-2017 / 15:00 FUTBOL
698

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarının rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız buna quru seriyaya imza atmaqla nail olub.

 

Belə ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında meydana çıxdığı 4-cü matçda da komandamızın qapısı toxunulmaz qalıb. Yarımfinalın Əlcəzairlə görüşündə 2:0 hesablı qələbəyə sevinən Yaşar Vahabzadənin yetirmələri qrup oyunlarındakı kimi qol buraxmayıb.

 

Öz qrupunda Kamerun və Mərakeşlə qolsuz heç-heçə edən, Səudiyyə Ərəbistanını 2:0 hesabı ilə yenən komandamız quru seriyasını artıq 4-ə çatdırıb. Oyunların tarixində yalnız 1 komanda belə seriyaya imza atıb. 2005-ci ildə keçirilən ilk yarışda İran millisi qrupun üç qarşılaşması və 1/4 finalı qol buraxmadan keçmişdi.