Millimiz qazaxlara qalib gəldi

Millimiz qazaxlara qalib gəldi
18-05-2017 / 19:19 FUTBOL
465

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Qazaxıstan yığması ilə qarşılaşıb.

 

Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Millimizin heyətində qolları Rövşanə Sərdarlı, Nino Qurqenidze və Vüsalə Seyfətdinova vurub.