Benzema yenə kənarda qaldı

Benzema yenə kənarda qaldı
18-05-2017 / 22:53 FUTBOL
708

Fransa millisinin iyunda keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Didye Deşam 26 futbolçuya dəvət göndərib.

 

Metyu Valbuena ilə arasında yaranmış şantaj qalmqalı səbəbindən uzun müddətdi yığma komandadan uzaqda qalan “Real”ın hücumçusu Karim Benzema bu dəfə də təklif almayıb.

 

Milliyə çağrılan oyunçular isə aşağıdakılardı.

 

Qapıçılar: Alfons Areola (PSJ), Benus Kostil (“Renn”), Uqo Lloris (“Tottenhem”)

 

Müdafiəçilər: Luka Din (“Barselona”), Krisotf Jalle (“Lion”), Prenel Kimpembe (PSJ), Loran Kosielni (“Arsenal”), Benjamin Mendi (“Monako”), Samuel Umititi (“Barselona”), Rafael Varan (“Real”), Kurt Zuma (“Çelsi”), Cibril Sidibe (“Monako”)

 

Yarımmüdafiəçilər: Pol Poqba (“Mançester Yunayted”), Nqolo Lante (“Çelsi”), Blez Matuidi, Adrien Rabio (hər ikisi PSJ), Florion Toyven (“Marsel”), Musa Sissoko (“Tottenhem”), Korenten Tolisso (“Lion”), Dmitri Paye (“Marsel”), Toma Lemar (“Monako”)

 

Hücumçu: Usman Dembele (“Borussiya” D.), Aleksandr Lakazette (“Lion”), Olivye Jiru (“Arsenal”), Kilian Mbappe (“Monako”), Antuan Qrizzman (“Atletiko”)