“Səhvlərimin üzərində işləyəcəyəm” - Məhəmməd Məmmədov

“Səhvlərimin üzərində işləyəcəyəm”  - Məhəmməd Məmmədov
18-05-2017 / 19:59 İSLAMİADA
176

"Bürünc medal qazandım. Yarımfinal görüşündə oyunun bitməyinə üç saniyə qalmış məğlub oldum, çox məyusam". Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan yığmasının taekvondoçusu Məhəmməd Məmmədov deyib.


Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 63 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Məmmədov yarımfinal görüşündə Qazaxıstan təmsilçisi Alimjan Serıkbayevə məğlub olaraq, bürünc medalla kifayətlənib.

O deyib ki, gələn yarışlarda bir də belə səhvlərə yol verməyəcək: "Gələcəkdə səhvlərimin üzərində işləyəcəyəm. Qarşıdan dünya çempionatı gəlir, ora hazırlaşacağam və orada qızıl medal qazanacağam".