“Qələbəmi ikinci oğluma həsr edirəm” – Teymur Məmmədov

“Qələbəmi ikinci oğluma həsr edirəm” – Teymur Məmmədov
18-05-2017 / 20:48 İSLAMİADA
455

“Final döyüşü mənim üçün asan olmadı. Ancaq bütün gücümü sərf edərək çempion oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri boksçumuz Teymur Məmmədov deyib.

 

Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 91 kq çəki dərəcəsində yarışan Avropa çempionu final görüşündə türkiyəli Burak Akşinə qalib gələrək, qızıl medala sahib çıxıb.

 

24 yaşlı boksçu finaldakı rəqibi ilə əvvəllər də üz-üzə gəldiyini söyləyib: “Rəqibimlə 6-7 il əvvəl qarşılaşmışdım və uduzmuşdum. Bu gün isə ona qalib gəldim. I Avropa Oyunlarındakı çempionluğumu birinci oğluma həsr etmişdim. Bu qələbəmi isə ikinci oğluma həsr edirəm. Artıq Avropa çempionatına hazırlaşıram”.