İslamiada: Şərəf lövhəsinə daha 17 imza

İslamiada: Şərəf lövhəsinə daha 17 imza
19-05-2017 / 13:17 İSLAMİADA
751

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ənənəvi “Zəfər günləri” keçirilib. Apasport.az saytının məlumatına görə, dünən medal qazanan idmançılar mükafatlandırılıblar.

 

Tədbirdə Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti Xəzər İsayev, baş katibi Ağacan Abıyev, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti, eyni zamanda qadınlardan ibarət yığmamızın baş məşqçisi Faiq Qarayev iştirak ediblər.

 

Rəsmilər qızıl medalçılar - Cavid Çələbiyev (boks, 60 kq), Nurlan İbrahimov (paraatletika, 100 m), Kamran Məmmədov (yunan-Roma güləşi, 66 kq), Elvin Mürsəliyev (yunan-Roma güləşi, 75 kq), İslam Abbasov (yunan-Roma güləşi, 85 kq), Teymur Məmmədov (boks, 91 kq), Məhəmmədrəsul Məcidov (boks, +91 kq), Ramin Əzizov (taekvondo, 87 kq) və qadınlardan ibarət voleybol yığması (Ceyran Əliyeva, Kseniya Koçyığıt, Odina Bayramova, Ayşən Abduləzimova, Olena Həsənova, Yelizaveta Səmədova, Yana Kulan, Katerina Jidkova, Valeriya Məmmədova, Kristina Yaqubova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Şəfaqət Həbibiova), gümüş mükafatçılar - Elçin Muradov (paraatletika, 100 m), Tamerlan Abdullayev (boks, 69 kq), Kamran Şahsuvarlı (boks, 75 kq) və Rauf Rəhimov (boks, 81 kq), həmçinin “bürünc” əldə etmiş Tayfur Əliyev (boks, 56 kq), Dmitri Sorokin (suyatullanma, 3 m tramplin), Məhəmməd Məmmədov (taekvondo, 63 kq) və Sabah Şəriətini (yunan-Roma güləşi, 130 kq) mükafatlandırıblar.

 

Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, yığmamız dünən aktivinə 17 medal (9 “qızıl”, 4 “gümüş”, 4 “bürünc”) yazdırıb.