Ruslan Lunyov Azərbaycanı tərk etdi

Ruslan Lunyov Azərbaycanı tərk etdi
19-05-2017 / 14:10 DİGƏR NÖVLƏR
4706

Azərbaycan millisinin güllə atıcısı Ruslan Lunyov Azərbaycandan ayrılıb. Apasport.az saytının məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarında 5 medal qazanmaqla rekord vuran 28 yaşlı snayper Almaniyanın Münhen şəhərinə yollanıb.

 

Onun səfərində məqsəd orda keçiriləcək Dünya Kubokunun mərhələ yarışına qatılmaqdı. Lunyov sabah Bakı vaxtı ilə saat 15:00-da hədəf önünə keçəcək. O, ilk cəhdində 25 m məsafədən atəş açacaq.

 

Təmsilçimizin ikinci cəhdi isə mayın 22-də olacaq. O, Bakı vaxtı ilə saat 10:45-də 10 m məsafədən atışda dəqiqliyini yoxlayacaq.

 

Qeyd edək ki, bu gün start götürən yarış mayın 24-dək davam edəcək.