İslamiada: Tennisçilərimizdən 2 medal

İslamiada: Tennisçilərimizdən 2 medal
19-05-2017 / 17:35 İSLAMİADA
609

Azərbaycan yığmasına IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalları tennisçilər qazandırıb. Apasport.az saytının məlumatına görə, qadın təmsilçilərimiz stolüstü tennis yarışlarını ilk “üçlük”də başa vura biliblər.

 

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan idmançısı Jinq Ninq finala qədər irəliləyib. Çinli legionerin həlledici mərhələdə rəqibi Türkiyəni təmsil edən həmyerlisi Mələk Hu olub. Finalda keçirilən 4 hissənin hamısında məğlubiyyətə düçar olan (11:13, 4:11, 10:12, 4:11) Ninq millimizin aktivinə gümüş medal yazdırıb.

 

Ölkəmizi bu yarışda təmsil edən digər çinli tennisçi Miao Vanq isə bürünc mükafat əldə edib. Yarımfinalda çempion Mələk Huya yenilən Vanq 3-cü yer uğrunda qarşılaşmada iranlı Neda Şahsavariyə 4:1 hesabı ilə (13:11, 11:3, 8:11, 11:7, 19:17) qalib gəlib.