İslamiada: Sinxron suyatullanmada bürünc medal qazandıq

İslamiada: Sinxron suyatullanmada bürünc medal qazandıq
19-05-2017 / 18:36 İSLAMİADA
422

Suyatullanma üzrə Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə idmançılarımız 3 metrlik tramplindən sinxron tullanmaqda fərqlənib.

 

Artyom Danilov və Dmitri Sorokin cütlüyü yarışı bürünc medalla başa vurub. Onlar final mərhələsini 297,90 xalla tamamlamaqla buna nail olub.

 

Çempion adına isə iranlı Şahnam Nazarpurla Mojtaba Valipur cütü yiyələnib – 334,08. İndoneziyalılar Tri Priambodo və Aldiansyah Rafi 330,30 xalla 3-cü yeri tutub.

 

Qeyd edək ki, Sorokin 3 metrlik tramplindən fərdi tullanma yarışlarında da bürünc medal qazanmışdı.