İslamiada: Çebanudan növbəti “qızıl”

İslamiada: Çebanudan növbəti “qızıl”
19-05-2017 / 18:38 İSLAMİADA
596

Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında 61-ci qızıl medalı aktivinə yazdırıb. Apasport.az saytının məlumatına görə, para atletika növündə Yelena Çebanu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Bu isə onun İslamiadada ikinci “qızıl”ı olub. Üç gün əvvəl 100 metr məsafəyə qaçışda finişə hamıdan öndə çatan Çebanu bu dəfə 200 metr məsafəni birinci qət edib. Ona qızıl medal əldə etmək üçün 24.69 saniyəlik göstərici kifayət edib.

 

Bu yarışda 2-ci yeri indoneziyalı Endanq Sitorus (26.73), 3-cü pilləni isə mərakeşli Məryəm En-Nurhi (31.29) tutub.