“Qarabağ” kubok və medallarına qovuşdu - FOTO

“Qarabağ” kubok və medallarına qovuşdu - FOTO
19-05-2017 / 19:02 FUTBOL
1103

Bu gün U-19 Liqasında son turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası AZAL-ı qəbul edib.

 

2 tur öncə çempionluğunu rəsmiləşdirən komanda görüşü 7:0 hesablı qələbə ilə başa vurub.

 

Qarşılaşmadan sonra isə AFFA-nın baş katibi Elxan Məmmədov, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl və əsas komandanın baş məşqçisi Qurban Qurbanov tərəfindən futbolçulara qızıl medallar və çempionluq kuboku təqdim olunub.