İslamiadada son medal

İslamiadada son medal
22-05-2017 / 15:09 İSLAMİADA
1835

IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilər və qadınlar arasında keçirilən komanda yarışı başa çatıb. Apasport.az saytının məlumatına görə, qadınların turnirində qalibi adını İran millisi qazanıb.

 

Cənub qonşularımız finalda Xinhanq Yu, Xinyu Yanq və Çenxi Vanqibarət Azərbaycan millisini 3:1 hesabı ilə məğlub edib. İlk “üçlüy”ü Türkiyə yığması qapayıb.

 

Kişilərin yarışında isə yığmamız 3-cü olub. Çenci Vanq, Xinyu Yanq və Sinanq Yudan ibarət millimiz 3-cü yer uğrunda matçda Səudiyyə Ərəbistanına qalıb gəlib. 3:1 hesablı qələbə yığmamıza bürünc medal qazandırıb. Qızıl mükafata İran, gümüşə isə Türkiyə yiyələnib.

 

Bu gümüş İslamiadada ölkəmizin son mükafatı olub. Aktivimizdəki medalların sayı 162-yə çatıb.