“Google”də tapıb, Bakıya göndərdilər - FOTO

“Google”də tapıb, Bakıya göndərdilər - FOTO
06-06-2017 / 11:48 STOLÜSTÜ OYUNLAR
3222

 

Amerikalı qrossmeyster Uesli So Azərbaycana səfəri zamanı problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, bunu 24 yaşlı şahmatçı açıqlayıb.

 

Dünya reytinqində 2-ci pillədə qərarlaşan So bildirib ki, buna onun hələ də ABŞ pasportunu almamağı səbəb olub. Filippin pasportu ilə səfər edən qrossmeyster xoşagəlməz olayla İstanbulda Atatürk Hava Limanında üzləşib.

 

Belə ki, türkiyəli polislər onu Vüqar Həşimovun xatirə turnirinə gələrkən saxlayıblar. Hətta Sonun viza problemi səbəbindən yarışa qatılmamaq ehtimalı da olub.

 

O, özü barədə məlumat verdikdən sonra polislər “google”da axtarış verərək, Ueslinin dediklərinin nə dərəcədə doğru olduğunu yoxlayıblar. Məlum olub ki, So həqiqətən də yarışa qatılmaq üçün Bakıya gəlir. Şahmatçı həmin vaxt çox qorxduğunu etiraf edib.