Bakı klubu ukraynalı oyunçu ilə vidalaşdı - FOTO

Bakı klubu ukraynalı oyunçu ilə vidalaşdı   - FOTO
16-06-2017 / 14:43 TOP OYUNLARI
1205

“Azəryol”un vidalaşdığı ilk voleybolçunun adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Ukrayna millisinin blokçusu Svetlana Dorsmanla yollarını ayırıb.

 

Belə ki, Super Liqanın bürünc medalçısı 24 yaşlı voleybolçu ilə başa çatan müqaviləni uzatmayıb. Nəticədə Dorsman təklifləri dəyərləndirməyə başlayıb.

 

Qeyd edək ki, Svetlana ötən mövsümün əvvəlində “Azəryol”a transfer olunmuşdu.