“Çelsi” Kurtuanı transferə çıxarır

“Çelsi” Kurtuanı transferə çıxarır
16-06-2017 / 15:12 FUTBOL
1080

“Çelsi” əsas qapıçısı Tibo Kurtua ilə uzunmüddətli əməkdaşlıqda maraqlıdı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “zadəganlar” bunun üçün belçikalı qolkiperə yeni müqavilə təklif edib.

 

Lakin 25 yaşlı ulduz futbolçu gözlənilmədən bunu rədd edib. Onun bu qərarına təəccüblənən “Çelsi” rəhbərliyi yeni anlaşma məsələsində israrlıdı. Ancaq londonlular növbəti təklifi də qəbul etməyəcəyi təqdirdə, onu transferə çıxaracaq. Rəhbərlik təcrübəli qolkiperin alternativi kimi, “Milan”la yeni sazişə yaxın durmayan Canluici Donnarrumanı görür.

 

Qeyd edək ki, Tibo Kurtuanın “Çelsi” ilə müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.