“Monako”nun daha bir futbolçusu “Fənərbaxça”ya keçir

“Monako”nun daha bir futbolçusu “Fənərbaxça”ya keçir
16-06-2017 / 15:31 FUTBOL
960

Transfer fəaliyyətini davam etdirən “Fənərbaxça” “Monako”nun daha bir futbolçusu ilə anlaşıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” Nabil Dirarın ardınca Gil Diasla razılığa gəliblər.  

 

İstanbul klubu yarımmüdafiənin sol cinahındakı problemi məhz 20 yaşlı portuqaliyalı ilə aradan qaldırmağa qərar verib. Dias qarşıdakı 1 ili icarə əsasında “Fənərbaxça”da keçirəcək.

 

“Kanarya” daha öncə Mehmet Ekici ve Matyu Valbuenanı da heyətinə qatmışdı.

 

Qeyd edək ki, Gil Dias 2016-cı ildən icarə əsasında “Rio Ave” klubunda çıxış edib.