Yığmamız Ermənistanı darmadağın etdi

Yığmamız Ermənistanı darmadağın etdi
16-06-2017 / 17:12 TOP OYUNLARI
1207

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində uğursuz çıxış edən Azərbaycan yığması 9-16-cı yerlər uğrunda ilk matçda Ermənistan millisi ilə üz-üzə gəliblər.

 

Hikmət Abdullayevin yetirmələri rəqiblərini meydana çıxmağa peşman ediblər. İlk hissəni 14 top irəlidə bitirən Azərbaycan yığması yekunda erməniləri 18 top fərqi ilə məğlub edib – 39:21 (21:7).

 

Bu qələbə komandamızın uğursuzluğunu sığortalamaqla yanaşı, “onluğ”a daxil olmaq üçün də şans yaradıb. Təmsilçimiz növbəti matçında İrlandiya ilə oynayacaq. Görüş sabah keçiriləcək.