Azərbaycan – Ermənistan: Kim neçə dəfə fərqləndi? - STATİSTİKA

Azərbaycan – Ermənistan: Kim neçə dəfə fərqləndi? - STATİSTİKA
16-06-2017 / 18:35 TOP OYUNLARI
1552

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı çərçivəsində keçirilən Azərbaycan – Ermənistan oyununun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 39:21 hesabı ilə qalib gəldiyimiz görüşün qəhrəmanı Maksim Butenko olub.

 

Yığmamızın kapitanı erməniləri 10 dəfə mərkəzə dəvət edib. Hikmət Abdullayevin digər yetirmələrinə gəlincə, Ramazan Muradov 8, Sergey Dubovik 7, Kənan Əsgərov 6, Nofəl Məmmədov 4, Ruslan Dadaşov 2, Cavid Abdullayevlə Orxan Əliyev hərəyə bir dəqiq zərbə vurublar.

 

9-16-cı yerlər uğrunda keçirilən qarşılaşmada rəqibin heyətində isə ən məhsuldar oyunçu Rafiq Sahakyan olub. O, komandasına 6 top qazandıra bilib.