10 ölkədə 30 komanda dəyişib, rekorda şərik oldu

10 ölkədə 30 komanda dəyişib, rekorda şərik oldu
16-06-2017 / 18:43 FUTBOL
582

Uruqvaylı futbolçu Sebastyan Abreu rekorda şərik olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, buna 30-cu kluba keçməklə nail olub.

 

Belə ki, 1995-ci ildən peşəkar futbolla məşğul olan 41 yaşlı hücumçu Çilinin B liqasında mübarizə aparan “Puerto Montt”a transfer olunub. 30-cu klubu ilə anlaşan Uruqvay millisinin sabiq üzvü gəzdiyi 10 ölkədə 25-ci fərqli komandanın formasını geyinəcək. Bununla “Loko” ləqəbli veteran futbolçu eyni göstəriciyə imza atan Luts Pfannenştilin rekordunu təkrarlayıb.

 

Abreu heç vaxt oynamadığı daha bir komandada çıxış edərsə, bu sahədə yeni rekorda imza atacaq.