Luçesku “Zenit”dən əl çəkmir: 4 milyon tələb edir

Luçesku “Zenit”dən əl çəkmir: 4 milyon tələb edir
16-06-2017 / 19:35 FUTBOL
647

Mirça Luçesku “Zenit”dən kompensasiya tələb edir. Apasport.az saytının məlumatına görə, məşhur mütəxəssis onunla müqaviləni vaxtından əvvəl pozduğuna görə, sankt-peterburqluların 4 milyon avro verməli olduğu fikrindədi.

 

Artıq bununla bağlı kluba rəsmi müraciət olunub. Bildirilib ki, 71 yaşlı çalışdırıcı əvvəldən nəzərdə tutulmuş müqavilənin sonuna qədər ödənilməli olan məbləğdən əl çəkmək istəmir. Əgər ruslar onun bu tələbini yerinə yetirməsələr, Mirça FİFA-ya müraciət edəcək.

 

Qeyd edək ki, “Zenit”də bir mövsüm işləmiş Luçesku uğursuz çıxışdan sonra istefaya göndərilmiş, onun yerinə isə Roberto Mançini gətirilmişdi.