“Bavariya”nın rəqibləri bəlli oldu

“Bavariya”nın rəqibləri bəlli oldu
16-06-2017 / 20:00 FUTBOL
693

Audicup – 2017-in iştirakçıları açıqlanıb. Apasport.az saytının məlumatına görə, hər il təşkil olunan və “Bavariya”nın ev sahibliyi etdiyi turnirdə ənənəyə uyğun olaraq 4 komanda çıxış edəcək.

 

Münhenlilər öz rəsmi saytı vasitəsilə artıq iştirakçıların adlarını və təqvimi elan edib. Avqustun 1-i və 2-də keçiriləcək oyunlarda ev sahiblərindən əlavə “Liverpul”, “Atletiko” və “Napoli” çıxış edəcək.

 

Ayın 1-də ilk olaraq “Atletiko” “Napoli” ilə üz-üzə gələcək. Günün ikinci matçında isə “Bavariya” ilə “Liverpul” münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Ertəsi gün qaliblər öz aralarında çempionu, məğlublar isə 3-cü yerin sahibini müəyyənləşdirəcəklər.