“Qarabağ” Avstriyada - FOTO

“Qarabağ” Avstriyada - FOTO
16-06-2017 / 21:57 FUTBOL
580

Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçirəcək “Qarabağ” artıq sözügedən ölkəyə çatıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubun feysbuk səhifəsi xəbər yayıb.

 

Komanda Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq. Bakı-İstanbul-Zalsburq reysi ilə Avstriyaya yola düşən Ağdam təmsilçisi artıq mənzil başına çatıb.

 

Qeyd edək ki, Çempionlar Liqasına hazırlaşan Ağdam klubu toplanış zamanı minimum 3 yoxlama görüşü keçirməyi planlaşdırıb.