Azərbaycan – Makedoniya: Kim necə oynadı? – STATİSTİKA

Azərbaycan – Makedoniya: Kim necə oynadı? – STATİSTİKA
17-06-2017 / 00:46 TOP OYUNLARI
721

Kişi voleybolçular arasında Avropa Liqasında start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yer aldığı A qrupunda ilk görüşündə Makedoniya ilə üz-üzə gəlib.

 

Görüş Fərid Cəlalovun yetirmələrinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Yığmamızın 3 setdə ümumilikdə 58 xal topladığı görüşdə ən məhsuldar oyunçusu Pərviz Səmədov olub. Voleybolçumuz aktivinə 8 xal yazdıra bilib.

 

Vüqar Bayramov və Aleksey Çervyakov isə rəqibi 6 dəfə məyus ediblər.

 

Digər oyunçularımızdan Dmitri Obodnikov və Rəsul İbrahimov hərəyə 5, Dmitri Baranov 3, İvan Kazaçkov isə 2 xal toplaya bilib.

 

Qeyd edək ki, millimiz ikinci matçında İsveçlə qarşılaşacaq.