Nani transferə çıxarıldı

Nani transferə çıxarıldı
17-06-2017 / 11:11 FUTBOL
1133

“Valensiya” təcrübəli oyunçularından olan Luiş Nani ilə yolları ayırmaq qərarına gəlib. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, “yarasalar”ın yeni çalışdırıcısı Marselino Toral portuqaliyalı futbolçunun xidmətində maraqlı deyil.

 

Bu səbəbdən klub rəhbərliyi 30 yaşlı yarımmüdafiəçini transferə çıxarıb. Yeni komanda axtarışına çıxan Naninin karyerasını harada davam etdirəcəyi hələ bilinmir.

 

Qeyd edək ki, əvvəllər “Sportinq”, “Mançester Yunayted” və “Fənərbaxça” klublarında da oynamış Luiş Nani keçən ildən “Valensiya”nın formasını geyinirdi. O, La Liqa təmsilçisinin heyətində ötən mövsümdə ümumilikdə 26 oyunda 5 qola imza atıb.