Yeni transfer dubl etdi, “Zirə” 8 qola sevindi - YENİLƏNİB

Yeni transfer dubl etdi, “Zirə” 8 qola sevindi - YENİLƏNİB
17-06-2017 / 20:12 FUTBOL
2253

Avropa Liqasında iştirak edəcək “Zirə” Türkiyə toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri Kamerunun “Columbe Sportive” klubu ilə üz-üzə gəliblər.

 

Qarşılaşma təmsilçimizin 8:0 hesablı darmadağını ilə yekunlaşıb. "Zirə"nin yeni transferi Belfort ilk matçındaca dubl edib. Riçard Qadzenin də iki qolla yadda qaldığı matçda Orxan Əliyev, Təmkin Xəlilzadə, Müşviq İlyasov və Sadiq Quliyev hərəyə bir dəfə fərqləniblər.

 

“Columbe Sportive” bundan öncə Boluda digər klubumuz “İnter”lə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, “Zirə” isə ilk yoxlama görüşündə “İnter”ə qalib gəlib – 2:0.

 

 

Yoxlama oyunu

17 iyun

 

“Zirə” – “Columbe Sportive” - 8:0

Qollar: Belfort (2), Qadze (2), Müşviq İlyasov, Təmkin Xəlilov, Sadiq Quliyev, Orxan Əliyev

 

“Zirə”: Anar Nəzirov, Yovan Krneta, Adil Nağiyev, Jozef Boum II, Təmkin Xəlilzadə, Nicat Qurbanov, Milan Duriç, Vüqar Mustafayev, Orxan Əliyev, Kervens Belfort, Riçard Qadze

 

Sonradan meydana çıxanlar: Kamal Bayramov, Abdulla Seydəhmədov, Sadiq Quliyev, Aleksandr Şemonayev, Viktor İqbekoyi, İlkin Muradov, Sahil Cəfərov, Muşfiq İlyasov, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Elçin Əliyev