“Qalatasaray” və “Beşiktaş”ın Nəsri mübarizəsi

“Qalatasaray” və “Beşiktaş”ın Nəsri mübarizəsi
17-06-2017 / 16:16 FUTBOL
945

Ötən mövsümü icarə əsasında “Sevilya”da keçirmiş Samir Nəsrinin “Mançester Siti”yə qayıtmaq istəyi həyata keçməyəcək. Apasport.az saytı “L`Equipe” nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın gələcək planlarında da yer almır.

 

30 yaşlı futbolçu yeni mövsümə Türkiyədə başlaya bilər. Belə ki, onun xidmətində “Qalatasaray” və “Beşiktaş” klubları maraqlıdı. İstanbulun hər iki təmsilçisi Nəsrinin keçidinə 13 milyon avro xərcləməyə və təcrübəli xavbeklə 3 illik müqavilə imzalamağa hazırdı.

 

Fransa yığmasının sabiq üzvü ilə yetirməsi olduğu “Marsel” klubu da danışıq aparır.