“Monako”dan transfer - FOTO

“Monako”dan transfer - FOTO
17-06-2017 / 17:38 FUTBOL
677

“Monako” heyətinə yeni futbolçu qatıb. Apasport.az saytı xəbər verir ki, Fransa çempionu “Lill”in üzvü Sualixo Meyte ilə anlaşıb.

 

Knyazlıq klubu ötən mövsümü icarə əsasında “Tsulte-Varegem”in heyətində keçirmiş 23 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. Razılaşmaya əsasən, Meyte 2022-ci ilə qədər “Monako”nun formasını geyinəcək. Keçidin Liqa-1-in qalibinə 8 milyon avroya başa gəldiyi bildirilir.

 

Qeyd edək ki, Meyte Belçika çempionatının ötən mövsümündə 37 oyunda iştirak edib və aktivinə 1 qol, 1 assist yazdırıb.