Son sınaq, son sevinc - FOTOSESSİYA

Son sınaq, son sevinc - FOTOSESSİYA
17-06-2017 / 22:00 FUTBOL
488

Türkiyədə təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün son yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi "Vitorul Konstanța" ilə üz-üzə gəlib.

 

Georgi Hacinin çalışdırdığı Rumıniya klubu ilə keçirilən hazırlıq matçı Bakı klubunun qələbəsi ilə başa çatıb. Paytaxt klubu 2:1 hesablı qalibiyyətə sevinib.

 

Mənbə: "Vitorul"un feysbuk səhifəsi