Dramatik oyunda millimizin qəhrəmanları

Dramatik oyunda millimizin qəhrəmanları
17-06-2017 / 22:28 FUTBOL
761

Kişi voleybolçular arasında Avropa Liqasında ikinci turun oyunları gedir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yer aldığı A qrupunda ikinci görüşündə İsveç ilə üz-üzə gəlib.

 

Görüş Fərid Cəlalovun yetirmələrinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Yığmamızın 5 setdə ümumilikdə 95 xal topladığı görüşdə ən məhsuldar oyunçuları Pərviz Səmədov və Dmitri Obodnikov olub. Voleybolçularımız aktivinə 16 xal yazdıra biliblər.

 

Rəsul İbrahimov rəqibi 14 dəfə məyus edib. Vüqar Bayramovun faydalı iş əmsalı isə 13-ə bərabərdir.

  

Digər oyunçularımızdan Dmitri Baranov və İvan Kazaçkov hərəyə 4, Aleksey Çervyakov 2, Aqil Ağazadə və Vadim Kutukov isə hərəyə 1 xal toplayıblar.

 

Qeyd edək ki, millimiz üçüncü matçında Albaniya ilə qarşılaşacaq.