Makedoniyadakı ikinci məğlubiyyət - FOTOSESSİYA

Makedoniyadakı ikinci məğlubiyyət - FOTOSESSİYA
18-06-2017 / 01:06 TOP OYUNLARI
771

Kişi voleybolçular arasında Avropa Liqasında ikinci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Makedoniyada baş tutan yarışın A qrupunda yer alan millimiz növbəti matçını İsveçə qarşı keçirib.

 

İlk görüşdə Makedoniyaya 0:3 hesabı ilə məğlub olan Fərid Cəlalovun yetirmələri bu dəfə də məğlubiyyətə üzülüblər. Maraqlıdır ki, yığmamız ilk iki seti öndə bitirib. Ardınca böyük üstünlüyü əldən verən komandamız 3:2 hesablı acı yenilgi ilə barışmalı olub.